Çempionlar Liqasında "Real" "Liverpul"u "Mançester Siti" "Borussiya"nı məğlub edib

Çempionlar Liqasında "Real" "Liverpul"u "Mançester Siti" "Borussiya"nı məğlub edib

7 Aprel 2021 08:20
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Oxuməni.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Real" "Liverpul"u qəbul edib və 3:1 hesabı ilə qalib gəlib. Digər qarşılaşmada isə "Mançester Siti" Dortmund "Borussiya"sı ilə evdə üz-üzə gəlib. Görüş İngiltərə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

6 aprel (çərşənbə axşamı)

Çempionlar Liqası, 1/4 final, İlk oyunlar

"Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) - 3:1
Qollar:
Vinisius Junior, 27 (1:0), Asensio, 36 (2:0), Salah, 51 (2:1), Vinisius Junior, 65 (3:1)

"Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 2:1
Qollar:
De Brüyne, 19 (1:0) Roys, 84 (1:1), Foden, 90 (2:1)

(Cavab oyunları aprelin 13-ü keçiriləcək)