"Qalatasaray"dan qələbə: ikinci pilləyə yüksəldi

"Qalatasaray"dan qələbə: ikinci pilləyə yüksəldi

25 Aprel 2021 08:48
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Türkiyə çempionatının XXXVII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” səfərdə “Antalyaspor”un qonağı olub.

Oxuməni.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qonaqlar minimal hesabla qalib gəliblər. İstanbul təmsilçisinin yeganə qolunu Mustafa Məhəmməd vurub.

Günün digər qarşılaşmasında “Beşiktaş” öz meydanında “Kayserispor”u 3:1 hesabı ilə məğlub edib. “Trabzonspor”da doğma divarlar arasında “Fateh Qaragümrük”ü iki cavabsız qolla udub. “Konyaspor” – “Hatayspor” matçında isə qapılara qol vurulmayıb - 0:0. “Dənizlispor” – “Sivasspor” oyunu 1:1 hesablı bərabərliklə bitib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 75 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 69 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə onunla eyni xala malik olan “Fənərbaxça” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.