“Qarabağ“ın 500 min dollar təklif etdiyi futbolçu Polşa klubuna keçdi

“Qarabağ“ın 500 min dollar təklif etdiyi futbolçu Polşa klubuna keçdi

4 May 2021 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

“Qarabağ”ın futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubu ilə razılığa gəlib.

Oxuməni.az xəbər verir ki, tərəflər arasında yaxın vaxtlarda 3 illik müqavilənin imzalanması bildirilib.

Xəbədə o da qeyd olunub ki, Mahirin Polşa təmsilçisi ilə anlaşmasında "Qarabağ”ın sabiq oyunçusu, 13 il Varşava klubunda çıxış etmiş Yakub Jezniçakın da rolu olub. O, Emrelini bu məsələlərə görə kluba keçməyə inandırıb:

1. Polşada əldə oluna biləcək kuboklar və avrokuboklarda mübarizə.

2. Varşavadakı yüksək səviyyəli yaşayış şəraiti.

3. Maksimum iki mövsümdən sonra yüksək satış potensialı.

4. Yaxşı pul qazanması.

Mahirin “Legiya”nın ən çox qazanan futbolçusu olması real görünmür. Lakin Jezniçak oyunçunu klubda mükafatlar əldə edəcəyinə inandırıb.

Məlumata görə, Emreli artıq Azərbaycandakı işlərini yekunlaşdırır və Polşaya köçmək qərarındadır. Həmçinin qeyd edilir ki, bu transferrin qarşısını yalnız oyunçuya daha yaxşı təklif gəlməsi ala bilər.

Mahirin bu yaxınlarda Rusiyanın “Ural” və Almaniyanın “Union Berlin" klublarından daha sərfəli təkliflər aldığı, lakin onun "Legiya"da oynamaq fikrində olduğu bildirilib.

Qeyd edək ki, millimizin üzvü “Qarabağ”ın illik 500 min dollar maaş olmaqla yeni müqavilə təklifini qəbul etməyib.