Azərbaycan Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib

Azərbaycan Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib

29 Avqust 2012 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Ordusunun əsgəri vəfat edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, avqustun 29-da N saylı hərbi hissənin əsgəri, 2012-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılan, 1994-cü il təvəllüdlü Novruzov Elşən Nəriman oğlu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.

Ölümə səbəb kəskin ensefalit, fulminant gedişli (ildırım sürətli) serebral koma, (4-cü dərəcə) pərçim simptomu, (beyin kötüyü və beyincik badamcıqlarının böyük ənsə dəliyinə pərçim) toksiki nefrit, reaktiv pankreatit, infeksion – toksiki miokardit, kəskin ürək-damar və tənəffüs çatışmazlığı olub.

Silahlı Qüvvələrin və Səhiyyə Nazirliyinin baş mütəxəssisləri tərəfindən ən müasir müayinə və müalicə metodlarının tətbiqinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

O.M.