Prezident “Xocalı” abidəsini ziyarət edib

Prezident “Xocalı” abidəsini ziyarət edib

26 Fevral 2013 10:39
Bəyəndim (0) Bəyənmədim (0)
Ziyarət mərasimində Azərbaycanın hökumət və dövlət rəsmiləri də iştirak ediblər

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Xətai rayonunda ucaldılan Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib. Xocalı soyqırımı qurbanlarının abidəsinin yanında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülüb. Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib. Ziyarət mərasimində Azərbaycanın hökumət və dövlət rəsmiləri də iştirak ediblər.

O.M.