27 yaşlı qadın özünü Arazda boğmaq istədi
Rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 25-də İmişli rayonunun Məhəmmədli kənd sakini 27 yaşlı Sevda Ağabalayeva intihar məqsədi ilə özünü Araz çayının üzərindəki körpüdən suya atmağa cəhd göstərib. İntiharın qarşısı alınıb. Qadın ifadəsində həyat yoldaşı ilə yola getmədiyinə görə özünü öldürmək istədiyini deyib. İki azyaşlı uşaq anası olan S.Ağabalayeva yola getməməsini həyat yoldaşının ona baxmaması ilə əsaslandırıb. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər