14 min nəfər deyəcək: "Əsgərimiz ölməsin, ordu morqa dönməsin"

14 min nəfər deyəcək: "Əsgərimiz ölməsin, ordu morqa dönməsin"

5 Mart 2013 11:44
Bəyəndim (0) Bəyənmədim (0)
10 martda böyük aksiya keçiriləcək

"Facebook" sosial şəbəkəsində bir qrup gəncin təşkilatçılığı ilə "Əsgər ölümlərinə son" adlı qrup yaradılıb. 10 mart tarixində böyük bir aksiyanın keçiriləcəyi bildirilir. Hazırda 14 min 426 nəfər aksiya gələcəyini yazıb. Aksiyanın keçirilməsində məqsəd orduda baş verən haqsızlıqlara son qoymaq, günahsız gənclərin öldürülməsinə etiraz etməkdir. Qrupun yaradıcılarından olan İlkin Rüstəmzadə açıqlamasında bildirib ki, aksiyaya daha çox adam qatılacağını güman edir: "Şüarlar üzərində müzakirə gedir. Əsasən "Əsgərimiz ölməsin, ordu morqa dönməsin", "Əsgər öldü, izi qaldı, hesab sormaq bizə qaldı" kimi şüarlar səslənəcək".
Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbər də eyni tarixdə gənclərlə görüşəcəyi barədə məlumat vermişdi. İlkin Rüstəmzadə qeyd etdi ki, biz qrupu yaradarkən bundan xəbərsiz olmuşuq. Bundan sonra Müsavat başqanı gənclərlə görüşünü 17 mart tarixinə təxirə salıb.

O.M.