Xorvatiya bu gündən AB-nin tam hüquqlu üzvü sayılır
Xorvatiya 01.07.2013-cü il tarixindən etibarən Avropa Birliyinin tam hüquqlu üzvü seçilib. O, birliyin sayca 28-ci üzvüdür.
Xatırladaq ki, Xorvatiyanın Avropa Birliyinə daxil olması barədə saziş 2011-ci ilin dekabrında imzalanıb. 2012-ci ilin yanvarında referendum keçirilib və Xorvatiya əhalisinin əksəriyyəti AB-yə üzvlük ideyasını dəstəkləyib.
Qeyd edək ki, Avropa parlamentində 776 yerdən 12-ni xorvat millət vəkilləri tutacaq.
O.M.
Digər xəbərlər