Təhsil Nazirliyindən hicab açıqlaması

Təhsil Nazirliyindən hicab açıqlaması

22 Avqust 2013 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil Nazirliyi movqe.az-ın məktəblilərin hicabla dərsə gəlməsi ilə bağlı sorğusuna cavab verib. Oxumeni.az xəbər verir ki, nazirlikdən bildiriblər ki, şagirdlər məktəbə müəyyən olunmuş geyim formasında gəlməlidirlər: "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq, şagirdlərin geyim forması təhsil aldıqları məktəbin nizamnaməsi ilə müəyyən edilir".Qeyd edək ki, məktəblilərin dərsə hicabla gəlməsi ötən tədris ili çoxsaylı narazılıqlarla müşahidə olunmuşdu.Bəzi ümumtəhsil müəssisələrində məktəbli qızların hicab taxaraq dərsə gəlməsinə qoyulan qadağalar, dindarların Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirməsinə gətirib çıxartmışdı.

O.M.