Tovuz və Tərtər atəşə məruz qalıb
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Aqarak rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ordubad rayonunun Kilit kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.Tərtər rayonunun Qızıloba, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər