Salyanda qəza: sürücü diri-diri yandı
Salyan rayonunda bir nəfərin ölümü ilə nəticələnmiş ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Ələt-Astara magistralının Salyan rayonundan keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon sakini Nicat Quluyev idarə etdiyi "VAZ-21011" markalı minik avtomomil ilə Astara istiqamətində hərəktətdə olarkən idarəetmni itirərək yol kənarındakı maneəyə çırıpılıb. Zərbənin təsirindən avtomobil yanımağa başlayıb.Bədbəxtçilikdən sürücü Nicat Quluyev avtomobildən çıxa bilməyib və maşında diri-diri yanıb. Onun sərnişini isə maşını tərk edə bilib. Faktla başlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər