Təhsil naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Təhsil naziri Lənkəranda vətəndaşları qəbul edəcək

25 Sentyabr 2013 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil naziri Mikayıl Cabbarov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək. Nazirlikdən KİV-ə verilən məlumata görə, qəbul sentyabrın 30-u, saat 11:00-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan şəxslər iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

O.M.