Vyetnam suda batır
Vyetnamda təbii fəlakətlə bağlı sosial vəziyyət gərginləşib. AP.-nın məlumatına görə, "Vutip" tayfunu ilə əlaqədar yaranmış torpaq sürüşməsi və su basması on minlərlə vətəndaşın ölkənin mərkəzi hissəsindən evakuasiyasına səbəb olub. Ölkə rəsmiləri bu saata kimi 43 mindən çox insanın təxliyə olunduğunu bildirirlər. Vyetnamın 5 əyalətində məktəblər bağlanıb və daha 140 min əhalinin təxliyəsi planlaşdırılır. Məlumatda o da bildirilir ki, təbii fəlakət zamanı 75 balıqçı itkin düşüb.
Digər xəbərlər