Gəncədə Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldılacaq

Gəncədə Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldılacaq

26 Fevral 2014 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Apa-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə məlumatı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu gün Hacıkənd qəsəbəsində məskunlaşan Xocalıdan olan məcburi köçkünlərlə görüşündə bildirib. Onun sözlərinə görə Gəncənin yaxınlığında Xocalıdan olan məcburi köçkünlər üçün şəhərcik salınır və şəhərcikdə olan parkda Xocalı soyqırımında şəhid olan Azərbaycanlıların xatirəsinə ehtiram olaraq abidə ucaldılacaq.

Qeyd edək ki, Gəncənin şərq istiqamətində 600 ailənin məskunlaşması üçün həyətyanı sahəsi ilə birlikdə fərdi evlər şəhərciyi salınır. Bu ilin yayında şəhərciyin istifadəyə verilməsi planlaşdırılır. Yeni şəhərciyə Gəncənin Hacıkənd qəsəbəsində məskunlaşan Xocalıdan və Kəlbəcərdən olan məcburi köçkünlər köçürüləcək.