Od çərşənbəsində uşaq tonqalda yandı
Ağaəlinin həyatını xilas etmək mümkün olubmu?
Ötən gün Bakıda qalanan çərşənbə tonqalı faciəyə səbəb olub. Pirallahı qəsəbəsində Od çərşənbəsi münasibəti ilə qalanan tonqalda uşaq yanıb. Hadisə axşam saat 20-radələrində S.Bağırov küçəsində qeydə alınıb.
Bayram tonqalı ətrafına yığışanlar şənlənən zaman, 10 yaşlı Ağaəli Mirəhməd alovun üstündən tullanmaq istəyib. Bu zaman uşaq tonqalın içinə yıxılıb. Xoşbəxtlikdən yaxınlıqda olan insanlar uşağı dərhal odun içindən xilas edə biliblər.
Tonqalda yanan azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində uşağın həyatını xilas etmək mümkün olub.Hazırda onun həyatı üçün təhlükə sovuşub.
Digər xəbərlər