Rusiyalı hərbçilər Krımda hərbi gəmini batırıblar, Ukrayna hərbi gəmilərinin dənizə çıxışı bağlanıb
Rusiyalı hərbçilər Krımda hərbi gəmini batırıblar.
Bununla da onlar Ukrayna Hərbi-Dəniz Donanmasının Cənub hərbi-dəniz bazasından gəmilərin dənizə çıxışını bağlayıblar.
Apa-nın xəbərinə görə, bu barədə UNİAN-a Sevastopoldakı mənbə məlumat verib.Məlim olub ki, dünən saat 23.00-da "Donuzlav" qarnizonunda fərqləndirici nişanları olmayan hərbçilər blokpostları tərk etməyə başlayıblar. Yarımsaat sonra Rusiya Qara dəniz donanmasına məxsus gəmilər ərazini tərk edib.
"Oçakov" gəmisinə gəldikdə isə onun xeyli müddətdir istifadəyə yararsız olduğu üzə çıxıb. Məlum olub ki, rusiyalı hərbçilər öncə onu su ilə doldurublar. Sonra isə partlayış baş verib və gəmi batmağa başlayıb.
Əməliyyatdan əvvəl Rusiya gəmilərinin projektorları vasitəsi ilə Ukrayna müşahidə postuna tərəf güclü işığın verildiyi bildirilir.