DİN metroda baş verən hadisə ilə bağlı məlumat yaydı
Qatar "Ulduz" stansiyasına çatan zaman 20-25 yaşlı kişi özünü qatar xəttinə atıb
Daxili İşlər Nazirliyi Bakı metrosunda baş verən dəhşətli hadisə ilə bağlı məlumat yayıb. DİN mətbuat xidmətindən verilən məlumata görə, metronun "Ulduz" stansiyasına qatar çatan zaman 20-25 yaşlı kişi özünü qatar xəttinə atıb.
Hadisə H.Aslanov-Dərnəgül istiqamətində hərəkət edən qatarın xəttində baş verib. Həmin şəxs dərhal xəstəxanaya yerləşdirilib.
25 yaşlı gənc Elmi-Tədqiqat Ortopediya Travmatologiya İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib və hazırda süni nəfəs aparatına qoşulub.
Onun sağ qolu bazu hissədən amputasiya edilib. Sifətində olan açıq yaralar tikilib.
Hələlik xəstənin kimliyi məlum olmayıb. Onun üstündə hər hansı sənəd də olmayıb.
Digər xəbərlər