Qatar prospektin ortasında dayandı
Bu səbəbdən hərəkət iflic oldu
Bu gün günorta saatlarında Bakının əsas prospektlərindən olan "Neftçilər" prospektində tıxac yaranıb.Tıxac prospektin Nobel prospekti istiqamətindəki hissəsində yaranıb və nəqliyyatın hərəkətsizliyi digər yollara da mənfi təsir göstərib. Tıxacın səbəbi isə qeyri-ənənəvi olub. Belə ki, dəniz limanı istiqamətində hərəkət edən yük qatarı prospektdən keçərkən birdən-birə dayanıb. Qatarın 10-15 əqiqə hərəkətsiz qalması tıxaca səbəb olub.
Bir neçə dəqiqə əvvəl qatarın hərəkət edərək dəniz yük limanına getməsi ilə tıxac problemi aradan qalxıb.
Digər xəbərlər


























.jpg)














.jpg)






















































