"Təfəkkür" universiteti bağlanacaq?!
|
Son zamanlar Azərbaycanda saxta diplom verilməsi məsələlərinin həddindən artıq aktuallaşması və təhsil naziri Mikayıl Cabbarovun bu məsələdə göstərdiyi prinsipiallıq bir çox özəl və dövlət universitetlərinin rəhbərləri üçün ciddi problemə çevrilib. Azərbaycan Müəllimlər İnstitutunda baş verən qalmaqqallar, bu təhsil ocağının bir neçə filialının bağlanması haqqında qərarın verilməsi və Azərbaycan İqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyevin vəzifədən alınması saxta diplom məsələsinin hələ də Azərbaycan təhsilinin qanayan yarası olduğunun götəricisidir. Qeyd edək ki, saxta diplom alveri edən Şəlalə Hüseynova məsələsindən sonra bu məsələ daha da qabarıb və məlumata əsasən ölkə rəhbərliyi saxta diplom verən universitetlərin araşdırılb bağlanması haqqında təlimat verib. "Təfəkküür" Universitetinin adı saxta diplomların satılması məsələsində ciddi şəkildə hallanır. Belə ki, universitetdə son illərdə yüzlərlə insana saxta diplom satıldığı iddia olunur. Elə bu üzdən də "Təfəkküür" Universitetinin bağlanması artıq gündəmə gətirilib. Çünki bu universitetin faəliyyəti Təhsil Nazirliyi üçün ciddi problemə çevrilir. Belə ki, son zamanlar aşkarlanan saxta diplomların böyük əksəriyyətinin bu universitetdən verildiyinın üzə çıxdığı bildirilir. Korrupsiya yuvasına çevrilən univerisitetdə davamiyyət çox aşağıdır. Belə ki, tələbələrdən buraxdıqları hər dərsə görə 5 manat alınır. Bəzən bu qiymət 10 manata da çıxarılır. Elə bu üzdəndə yaradılan "açıq bazardan" istifadə edən tələbələr kafedra müdirləri ilə anlaşaraq dərslərə gəlmir və "qayıb" pulunu ödəməklə "təhsillərini" davam etdirirlər. Daxil olan məlumatda həmçinin göstərilir ki, semester imtahanlarının qiymətləri "qayıb" puluna aid edilmir. Hər bir tələbə imtahanlardan keçmək üçün hər semesterdə minimum 500 manat ödəmək zorundadırlar. Əks təqdirdə tələbələrin kurs atlamaları problemə çevrilir. Bu üzdən də bütün hallarda pul verib qiymət alacaqlarını yaxşı bilən tələbələrin oxumağa maraqları olmur. Eyni vəziyyət müəllimlər arasında da hökm sürür. Müəllimlər arasında tədrisə maraq da bu səbəbdən yoxdur və mənbəninin iddasına əsasən "Təfəkküür" Universitetində bu gün tədrisin səviyyəsi ölkə miqyasında ən aşağı səviyyədədir. Həmçinin bildirilir ki, universitetinin rektoru Müşviq Atakişiyevin ABU-nun sabiq rektoru Elşad Abdullayelə bir zamanlar yaxın əlaqədə olması, onun rəsmi dairələrin gözündən düşməsinə səbəb olub. Qarşı tərəfin mövqeini dərcəyə hazırıq./pia/ Mediainfo.az
|


























.jpg)














.jpg)






















































