Ramil Usubov bir neçə kadr dəyişikliyi etdi
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Oğuz rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov tutduğu vəzifədən azad edilərək Şamaxı rayonuna polis rəisi təyin edilib. Nazirin digər əmri ilə isə Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin rəisi Cəmil Əmirov Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Bundan başqa, R. Usubov Siyəzən Rayon Polis Şöbəsinin rəisi Nizami Əlirzayevin də tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.
Siyəzən Rayon Polis Şöbəsi və 26-cı Polis Bölməsinə hələlik rəis təyin olunmayıb.
Mediainfo.az
Digər xəbərlər