Həmyerlimizin sorağı Suriyadan gəldi (FOTO)

Həmyerlimizin sorağı Suriyadan gəldi (FOTO)

21 May 2014 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

"Oğlum evdən ötən ilin mart ayında Türkiyəyə işləmək adı ilə çıxıb və bir daha geri dönməyib. Yanvar ayında telefonla zəng vurub Suriyada olduğunu deyib".

Bu sözləri ANS-ə müraciət edən gəncin dayısı Yaşar Hüseynov deyib.

Onun sözlərinə görə, bacısı oğlu Fuad Rəşid oğlu Xəlilzadə ilə sonuncu dəfə mart ayının 16-da danışıblar. Ailəsi 23 yaşlı gəncdən geri qayıtmağı tələb edib.

"Fuad bizə cavabında dedi ki, bir də məndən bunu tələb etsəniz, sizinlə əlaqəni birdəfəlik kəsəcəm. Axırıncı dəfə martın 16-da skype ilə danışdıq.Yenə ondan geri dönməyini tələb etdik. Bundan sonra onunla əlaqə kəsildi" deyə Y.Hüseynov bildirib.

Mediainfo.az