Ermənilər Qazax sakinini yaraladılar
Ötən gecə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Qazax rayonunun Məzəm kənd sakini yaralanıb. Qazax Müalicə Diaqnostika Mərkəzindən apa -nın qərb bürosuna verilən məlumata görə, rayonun Məzəm kənd sakini, 1970-ci il təvəllüdlü Aslanov Çingiz Mədət oğlu sağ bud nahiyəsinin dəlib keçən güllə yarası diaqnozu ilə mərkəzə yerləşdirilib.
Dərhal əməliyyat edilən 44 yaşlı kənd sakininin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Mediainfo.az
Digər xəbərlər