Ordumuz yüksək rütbəli hərbçisini itirib

Ordumuz yüksək rütbəli hərbçisini itirib

4 Avqust 2014 17:09
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda hərbi hissə komandiri vəfat edib. Apa-nın məlumatına görə, Silahlı Qüvvələrin Salyanda yerləşən intizam xarakterli hərbi hissəsinin komandiri, polkovnik-leytenant İxtiyar Məmmədov dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Bildirilib ki, İ. Məmmədov məzuniyyətdə olarkən, Ağdaş rayonunda yaşadığı evdə dünyasını dəyişib.

Mediainfo.az