Sabah yağış yağacaq

Sabah yağış yağacaq

9 Oktyabr 2014 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 10-da sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi proqnozlaşdırılır. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 10-da arabir yağış yağacağı, əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Mediainfo.az