
Şəmkir sakini dərmandan zəhərlənib
Şəmkir rayonunda zəhərlənmə hadisəsi olub. Apa-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir şəhər sakini, 1978-ci il təvəllüdlü Sevinc İsayeva gəmiricilər əleyhinə istifadə edilən dərmandan zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən 37 yaşlı qadının vəziyyəti orta-ağır qiymətləndirilir. Araşdırma zamanı məlum olub ki, bir müddət əvvəl S. İsayeva yaşadığı evin zirzəmisinə gəmiricilər əleyhinə dərman səpib. Sonradan zirzəmiyə yığılan meyvədən istifadə edən qadın ehtiyatsızlıqdan zəhərlənib.
Mediainfo.az
Digər xəbərlər