“Nurgün” şirkətlər qrupunun vitse-prezidenti oteldə vəfat edib
"Nurgün" şirkətlər qrupunun vitse-prezidenti Müşfiq Səfiyevin üzərində zorakılıq olmayan meyiti dənən saat 17:00 radələrində Salyan Olimpiya-İdman Kompleksinin mehmanxanasında aşkarlanıb.
Şirkətin Salyandakı fəaliyyəti ilə əlaqədar rayona gələrək həmin mehmanxanada qalan vitse-prezident qapının döyülməsinə və telefon zənglərinə cavab verməyib. Bunu görən otel işçiləri onun qaldığı otağa pəncərədən daxil olarkən şirkət rəsmisinin meyitini görüblər. O, artıq çoxdan keçinibmiş.
50 yaşlı Müşfiq Səfiyev yüksək qan təzyiqindən əziyyət çəkdiyi üçün onun beyninə qan sızdığı ehtimal olunur. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Mərhumun qardaşı Vüqar Səfiyev bununla bağlı məlumat verərək deyib:. "Qardaşım Müşfiqin ölümü ilə bağlı mətbuatda yayılan xəbərlər dezinformasiyadan başqa bir şey deyil".
O, bildirib ki, artıq M. Səfiyevin cənazəsi Xırdalan qəbiristanlığında torpağa tapşırılıb:
"İndi qardaşımın cənazəsini dəfn edib gəlirik. Qardaşımın heç bir xəstəliyi yox idi. Diaqnoza görə, qardaşım qan təzyiqindən dünyasını dəyişib. O axşam yatıb, səhər oyanmayıb. Təzyiqi yüksək olub, elə ona görə də vəfat edib".
Qeyd edək ki, mərhum M.Səfiyev tanınmış şair Əli Vəkilin oğludur.
"Mediainfo.az" saytının və "Oxu Məni" qəzetinin rəhbərliyi və işçi heyəti Müşfiq Səfiyevin qəfil vəfatından kədərləndiklərini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririlər.
Allah rəhmət etsin!
Mediainfo.az