Ərəblər səhvən dostlarını bombaladılar: ölən var

Ərəblər səhvən dostlarını bombaladılar: ölən var

10 Avqust 2015 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya səhvən öz tərəfdaşlarına aviazərbələr endirib. AzVision.az `Associated Press`-ə istinadən xəbər verir ki, ən azı 20 nəfər ölüb.

Yəmən Təhlükəsizlik İdarəsinin rəsmisini sözlərinə görə, hadisə avqustun 8-i baş verib. Koalisiya qüvvələrinin bombardmanı nəticəsində həlak olan ayaqlıları Abayan vilayətinin paytaxtı Zincibara gediriblər.

Qeyd edək ki, iyulun 28-i koalisiya Yəmənin Adən şəhərində BMT-nin İnkişaf Proqramının nümayəndəliyinə aviazərbələr endirib. Hadisə nəticəsində binaya ciddi ziyan dəyib, bir nəfər yaralanmışdı.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya martın 26-dan Yəmənə havadan zərbələr endirir.

Hərbi əməliyyatın məqsədi Yəməndəki husiləri (şiələr) hakimiyyəti Abd Rabbo Mansur Hadiyə qaytarmağa məcbur etməkdir.

Mediainfo.az