Qardaş Kərzainin qatili asıldı!
Əfqanıstan prezidentini öldürmək istədilər?
Əfqanıstan Dövlət Başçısı Həmid Kərzainin öldürülən qardaşının mövluduna bombalı hücum təşkil edildi, 4 adam öldü. Kamikadze tərəfindən təşkil edilən hücum zamanı bomba partladıldı. Ölənlər arasında imamların olduğu bildirildi. Ölkə lideri hadisə yerində olmasa da, digər dörd qardaşı orada idi. Xoşbəxtlikdən onlar arasında xəsarət alan yoxdur. Mərhum Vəli Kərzaini Qəndahardakı evində öldürən cangüdəni Sərdar Məhəmmədin cəsədi isə Karso Meydanındakı bir küçədən asılaraq, nümayiş olundu. Onun nə səbəbdən cinayətə əl atdığı isə hələ də naməlumluğunu qoruyub saxlayır.
Terrorçular ölsə də, terror ölmür.
Günel Həbib
O.M.
Digər xəbərlər