Azərbaycanın Ermənistana qaytardığı ailə həbsdən azad edildi - FOTO

Azərbaycanın Ermənistana qaytardığı ailə həbsdən azad edildi - FOTO

2 Fevral 2016 13:04
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Ermənistana geri qaytardağı Gevorkyan ailəsi azadlıqdan məhrum edilib.

Erməni KİV-lərinin yaydığı məlumata görə, Yeqişe Gevorkyan 5 il, arvadı Ruzanna Gevorkyan isə 3 il müddətinə həbs cəzasına məhkum olunublar. Onların hər ikisi 1 il sınaq müddətilə şərti azadlığa buraxılıblar.

Xatırladaq ki, 52 yaşlı Yeqişe Gevorkyan arvadı Ruzanna və 3 uşağı ilə birlikdə 2010-cu il yanvarın 10-da Ermənistan-Azərbaycan sərhədini keçərək Naxçıvan Muxtar Respublikasının ərazisinə gəliblər. Ailə 2014-cü il dekabrın 12-də Ermənistana geri qaytarılıb. (aznews)

Mediainfo.az