RF-də vertolyot qəzaya uğradı
Rusiyanın Tambovski vilayətində Robinson-R66 vertolyotu qəzaya uğrayıb.
Rusiya mətbuatı xəbər yayıb ki, vertolyot bu gün səhər saatlarında vilayətin Kirsanovsk rayonunda sərt eniş edib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində vertolyotda olan iki nəfər ciddi yaralanıb.
Hadisə yerinə dərhal xilasedicilər göndərilib.
Mediainfo.az
Digər xəbərlər