7-ci mərtəbədə selfi çəkmək istəyən qız yıxılıb öldü - ASTARADA

7-ci mərtəbədə selfi çəkmək istəyən qız yıxılıb öldü - ASTARADA

28 Oktyabr 2016 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Astara rayon sakini, Azərbaycan küçəsi, ev 57 ünvanında yaşayan 18 yaşlı Musazadə Elida İntiqam qızı ehtiyatsızlıq üzündən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Hadisə dünən axşam saat 20:30 radələrində, Heydər Əliyev prospektindəki yaşayış binasında baş verib.

Həmin ünvanda yaşayan bacısıgilə qonaq gələn Elida Musazadə balkonda selfi çəkdirərkən ehtiyatsızlıqdan balkondan yıxılıb. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. (report)

Mediainfo.az