Piyadanı öldürən sürücüyə 6 illik həbs cəzası verilib

Piyadanı öldürən sürücüyə 6 illik həbs cəzası verilib

10 Fevral 2017 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əli Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökm əsasən, Ə. Həsənov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə. Həsənov idarə etdiyi avtomobillə yolu keçən 60 yaşlı piyadanı vurub. Xəstəxanaya yerləşdirilən zərərçəkmiş şəxs 5 gün sonra dünyasını dəyişib.

Mediainfo.az