Hərbi müəllim şagirdləri döydü - VİDEO

Hərbi müəllim şagirdləri döydü - VİDEO

18 Aprel 2017 10:47
Bəyəndim (0) Bəyənmədim (0)
"Min oyun çıxarırlar"

Tovuzun Qalaboynu kəndində müəllimin şagirdi döyməsi telefonla çəkilib.

Yayılan videoda müəllim şagirdi küncə sıxışdıraraq döyür, uşağın yalvarmasına belə məhəl qoymur. Daha sonra başqa bir şagirdi döyür.

Şagirdlərə qarşı zorakılıq edən hərbi hazırlıq müəllimi Mövsüm Sadıqovdur. O, telekanala açıqlamasında görüntülərin montaj olduğunu iddia edir. Mövsüm Sadıqov bildirib ki, o, heç bir halda şagirdlərə zor tətbiq etmir. Müəllim hər nə qədər ittihamları qəbul etməsə də, görüntülər ortadadır.

Məsələ ilə bağlı Təhsil Nazirliyi hər hansı bir açıqlama verməyib. (xezerxeber)

Mediainfo.az