Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb
Ağdaş şəhərində avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
"VAZ 2107" markalı minik avtomobili yolu keçən piyada, Ağdaş şəhər sakini, 1952-ci il təvəllüdlü Əzizov Səftər Yusif oğlunu vurub. Zərbənin təsiri nəticəsində ağır bədən xəsarətləri alan Səftər Əzizov Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər