Puerto-Rikoda 1 milyona yaxın insan işıqsız qalıb

Puerto-Rikoda 1 milyona yaxın insan işıqsız qalıb

13 Aprel 2018 09:03
Bəyəndim (0) Bəyənmədim (0)

Puerto-Rikonun şərq hissəsində yerləşən iki şəhərdə təqribən 1 milyona yaxın insan işıqsız qalıb.

Buna ağacın aşması səbəb olub.

"Kayey şəhərində elektrik şəbəkəsinin üzərinə aşan bu ağac Puerto-Rikonun şərq hissəsində yerləşən iki şəhərin - Manatidən Yabukoaya qədər enerji təchizatında problem yaradıb", - deyə AEE enerji şirkətinin nümayəndələri bildiriblər.

İlkin məlumatlara görə, təqribən 840 min nəfər işıqsız qalıb.

Bundan əlavə, beynəlxalq hava limanı və metronun işində problem yaranıb.