Havay ştatı təbii fəlakət zonası elan edildi

Havay ştatı təbii fəlakət zonası elan edildi

10 May 2018 06:11
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Havay ştatının qubernatoru Devid İqe Kilauea vulkanının püskürməsi ilə əlaqədar Puna rayonunu təbii fəlakət zonası elan edib.

Qubernator bu barədə özünün "Tvitter" səhifəsində yazıb.

"Punanın geotermal zonasında fövqəladə vəziyyətdir. Təbii fəlakətlə əlaqədar ABŞ prezidentinə Havay adasına yardım göstərilməsi üçün sorğu göndərilib", D.İqe yazıb.

Qeyd edək ki, Havay adalarında Kilauea vulkanı püskürməkdə davam edir. Bununla bağlı minlərlə yerli sakin öz evlərini tərk etməli olub(.apa)