Şagird qonşusunu bıçaqladı
Gəncədə məktəbli öz qonşusunu bıçaqlayaraq onu ölümcül hala salıb. X sinif şagirdi Nicat Yusifli şəxsi münasibətlər zəmnində 20 yaşlı Elşad Xəlilova iki bıçaq xəsarəti yetirib. Hadisə şəhərin Heydər Əliyev prospekti bina 56-nın qarşısında baş verib. Polis bölməsindən verilən məlumata görə, hadisəyə iki şəxs arasındakı mübahisə səbəb olub. Hadisədən sonra 20 yaşlı Elşad Xəlilov xəstəxanaya çatdırılıb, həkimlər onun həyatını xilas edə biliblər. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsi araşdırmalara başlayıb. İstintaqın yekununda hadisəyə hüquqi qiymət veriləcək.
O.M.
Digər xəbərlər































































































