Göygöldə yük maşını ilə sərnişin avtobusu toqquşdu – yaralananlar var
Bu gün gecə saatlarında Göygöl rayonu ərazisində avtomobil qəzası baş verib. FHN mətbuat xidmətidən verilən məlumata görə, Bakı-Qazax yolunun 364-cü kilometrliyində, Göygöl rayonu ərazisində "KAMAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yanğın nəticəsində sərnişin avtobusunun yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yaralananlar var. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mediainfo.az
Digər xəbərlər