Yoldaşını bıçaqlayana hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhd edən Fərəc Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəməyə hakim Ramella Allahverdiyeva sədrlik edib. Məhkəmənin hökmü ilə Fərəc Muradov 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 15 yanvar 2014-cü ildə Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində abş verib. Fərəc Muradov həyat yoldaşı Cəmilə Muradovaya 7 bıçaq zərbəsi endirib. F.Muradov həyat yoldaşının ona xəyanət etdiyini deyib və hərəkətini bununla əsaslandırıb.
Mediainfo.az
Digər xəbərlər