Kütləvi dava: 1 ölü, 2 yaralı
Bakının Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Bu barədə Xətai Rayon Polis İdarəsindən məlumat verilib.
Bakı şəhər sakinləri Elşad Kərimov, Ömər Cəbrayılzadə və Anar Süleymanov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər.
Xəstəxanada Elşad Kərimov ölüb, Ömər Cəbrayılzadənin və Anar Süleymanovun vəziyyətləri qənaətbəxşdir.
Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Göranboy rayon sakini Orxan Abdullayev tutulub.
Mediainfo.az
Digər xəbərlər