Salyanda 83 yaşlı kişi yanaraq kül oldu

Salyanda 83 yaşlı kişi yanaraq kül oldu

17 Fevral 2015 09:29
Bəyəndim (0) Bəyənmədim (0)

Salyanda yanğın daha bir nəfərin həyatına son qoydu. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Salyan şəhərində ümumi sahəsi 275 kv.m olan birmərtəbəli binanın 1 otağında qapı və 2 kv.m sahədə ev əşyası yanıb. Yanğının kəşfiyyatı zamanı 1932-ci il təvəllüdlü Rüstəmov İbrahim Soltan oğlunun cəsədi aşkar olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı Salyan şəhər prokurorluğunda araşdırma aparılır.

Mediainfo.az