Binəqədidə ev yanıb: ata və iki oğlu yanaraq ölüb

Binəqədidə ev yanıb: ata və iki oğlu yanaraq ölüb

22 Fevral 2015 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Binəqədi rayonunda vətəndaşlara məxsus taxta konstruksiyalardan ibarət, ümumi sahəsi 170 kv.m olan 6 evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1979-cu il təvəllüdlü Cəlilov Şaiq Gülşad oğlu, 2008-ci il təvəllüdlü Cəlilov Amil Şaiq oğlu və 2010-cu il təvəllüdlü Cəlilov Kamil Şaiq oğlunun yanmış cəsədləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Qeyd edək ki, ölənlərin ata və onun oğulları olduğu bildirilir.

Mediainfo.az