Kafedə yeyib-içən dostların acı sonluğu: biri həbsxanaya, digəri xəstəxanaya
"8-ci kilometr bazarı"nda yerləşən kafelərin birində bıçaqlanma hadisəsi qeydə alınıb.
29 yaşlı Tural Rüstəmov dostu ilə kafedə yeyib-içdikdən sonra mübahisələri düşüb. İçki məclisi sonda bıçaqlanma ilə nəticələnib. Tural Rüstəmovu hadisə yerinə çağırılan təcili yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıblar.
Xəstəxanadan verilən məlumata görə, yaralı xəstəxanaya daxil olanda içkili vəziyyətdə olub. Onun kürək nahiyəsindən 1 bıçaq zərbəsi aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər