Sarayda qonşusunu güllələyən şəxs tutuldu
Fevralın 2-də Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Kamran Babayevi güllələyən şəxs saxlanılıb.
Abşeron Rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən qəsəbə sakini Qüdrət Kərimovun yeri müəyyən edilib və saxlanılıb. Saxlanılan şəxsdən hadisədə istifadə etdiyi "Makarov" markalı tapança aşkar edilərək götürülüb.
Hüquq-mühafizə orqanlarından o da bildirilib ki, faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Mediainfo.az
Digər xəbərlər