Müəmmalı bıçaqlanma
Bakıda daha bir bıçaqlanma hadisəsi baş verib.
"Report"un xəbərinə görə, Xətai rayonunun Gəncə prospektində ev 17-də yaşayan 1979-cu il təvəllüdlü Azər Bilalov yaşadığı mənzildən qarın nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
Vəziyyəti ağır olduğundan, A.Bilalovun dindirilməsi mümkün olmayıb. Araşdırmalar davam etdirilir.
Mediainfo.az
Digər xəbərlər