Türkiyədə 7 maddə ilə axtarılan Bakı aeroportunda saxlanılıb
Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyədə axtarışda olan şəxs tutulub.
"Report"un xəbərinə görə, 32 yaşlı Engin Said Dudu xaricə getmək üçün Azərbaycan sərhədini keçmək istəyən zaman saxlanılıb.
O, Türkiyə Cinayət Məcəlləsinin 7 maddəsi ilə axtarışda olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mediainfo.az
Digər xəbərlər