Siqaret üstündə müştərini bıçaqlayan qadın satıcı həbs edilib - BİNƏDƏ

Siqaret üstündə müştərini bıçaqlayan qadın satıcı həbs edilib - BİNƏDƏ

24 Fevral 2017 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində yerləşən mağazalardan birinə siqaret almaq məqsədilə daxil olan müştəri bıçaqlanıb. Məlumata görə, hadisədən əvvəl bıçaqlanan şəxslə qadın satıcı arasında siqaretin qiyməti ilə bağlı mübahisə yaranıb. Mübahisə zəminində qadın satıcı 1974-cü il təvəllüdlü Ağaverdiyev Yalçın Ağamalı oğluna xəsarət yetirib.

Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Həkimin sözlərinə görə, xəsarət alan şəxs xəstəxanaya qarının sol nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə daxil olub. Dərhal əməliyyata götürülən Y. Ağaverdiyevin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Mediainfo.az