Gözəllik salonunda qadınlar əlbəyaxa oldular

Gözəllik salonunda qadınlar əlbəyaxa oldular

7 Fevral 2018 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi 4-də yerləşən gözəllik salonunda işçi ilə müştəri arasında mübahisə baş verib.

Moderator.az-ın əldə etdiyi məlumata görə, salonda işləyən Türkan Mustafayeva 20-ci Polis Bölməsinə şikayət edərək bildirib ki, Elnarə adlı müştəri tərəfindən döyülüb.

Faktla bağlı polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb və qadının xəsarət dərəcəsinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizası təyin edilib.