Neftçalada minik avtomobili ilə yük maşını toqquşdu
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu gün saat 01:10 radələrində Neftçala rayonu ərazisində, rayon sakinləri Ceyhun Həmzəyevin idarə etdiyi "VAZ-2101" və Qulam Məcidovun idarə etdiyi "KamAZ-5511" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış C.Həmzəyev və sərnişinləri Kənan İbrahimov və Samir Rüstəmov xəstəxanaya yerləşdirilmişlər. C.Həmzəyev orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
O.M.
Digər xəbərlər