Məşhur fransız Anri Luaret Bakıya gələcək
Fransanın məşhur Luvr muzeyinin direktoru cənab Anri Luaret 3-5 may 2011-ci il
tarixində Azərbaycana səfər edəcək və səfər zamanı onu müşaviri Benua de Sen
Şama müşayiət edəcək. Səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəz
Qarayevin cənab Anri Luareti qəbul etməsi planlaşdırılıb. Səfər zamanı
ikitərəfli əməkdaşlıq, muzey sərvətlərinin saxlanılması, onların qorunması
sahəsində, eləcə də materialların toplanmasında təcrübə mübadiləsi, Azərbaycan
Dövlət İncəsənət Muzeyində Luvr Muzeyinin kolleksiyasından iki mövzuda
sərgilərin təşkili və Bakıda yeni xalça muzeyinin açılış mərasimi zamanı Luvr
Muzeyinin xalça kolleksiyasından bir neçə eksponatın müvəqqəti təqdim
edilməsinin mümkünlüyü kimi və s. məsələlərin müzakirə olunması nəzərdə
tutulub. Bakıya səfər zamanı cənab Anri Luaretin Azərbaycan Xalçası və Xalq
Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasına baxış keçirməyi, Müasir İncəsənət
Muzeyində rəssam Əliyar Əlimirzəyevin sərgisinin açılış mərasimində iştirakı,
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu, Qala Qoruğunda "Qala Arxeoloji
Etnoqrafiq Muzey Kompleksini və Mərdəkan qalalarını ziyarət edəcəyi nəzərdə
tutulub. Səfər proqramına həmçinin cənab Əbülfəs Qarayevin yanında KİV-in
iştirakı ilə mətbuat konfransı və Azərbaycan Dövlət İncəsənət Muzeyinin
rəhbərliyi ilə görüş daxil edilib.
Tarix muzeylərdə yaşayır. Odur ki, muzeylər arasında mübadilə tarixi yaşatmaq deməkdir...
Elvin Babayev
O.M.